Ödəmə terminalları pulun qalığını qaytaracaq - Yenilik

“Modenis” şirkətinin “eManat” ödəmə terminalları məbləğin qalıqlarını qaytaracaq.

"Modenis" şirkətinin "eManat" ödəmə terminalları məbləğin qalıqlarını qaytaracaq.

Şirkətdən verilən məlumata görə, vəsait əskinas və ya sikkə şəklində yox, xüsusi 10 işarəli promo-kod şəklində qaytarılacaq:

"Məsələn, əgər müştəri ödəniş etdikdən sonra ona 0,80 manat qaytarılmalıdırsa, bu məbləği o promo-kod şəklində alır. Daha sonra bu kodu "eManat" terminallarında digər xidmətlərin ödənişi üçün istifadə edə bilər. Terminallarda ödənişi promo-kod vasitəsilə həyata keçirmək üçün müvafiq bölmə olacaq. İlk mərhələdə promo-kodları dövlət ödəmələri və sığorta xidmətləri üçün əldə etmək olacaq. Daha sonra digər xidmətlər də promo-kod təqdim edəcək. Promo-kod vasitəsilə ödənişlər artıq bu yay təqdim olunacaq".

Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31