Nazir: “Qonşu dövlətlərin valyutalarını ucuzlaşdırmaları Azərbaycan məhsullarının ucuzlaşmasına səbəb olub”

"Dünyada baş verən qlobal iqtisadi dəyişikliklərin, maliyyə böhranının Azərbaycan iqtisadiyyatına təsirinə baxmayaraq, bu ilin 6 ayı ərzində ölkədə 26,3 milyard Ümumi Daxili Məhsul (ÜDM) istehsal olunub". Bunu maliyyə naziri Samir Şərifov parlamentin daha beş komitəsinin 2016-cı ilin dövlət büdcəsinin müzakirəsinə həsr olunmuş birgə iclasında çıxışı zamanı dilə gətirib. Maliyyə nazirinin bildirdiyinə görə, həmçinin, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin 6 ayı ərzində iqtisadiyyatın real artımı 5,7 faiz təşkil edib. S.Şərifov Azərbaycan iqtisadiyyatına təsir edən iqtisadi proseslər sırasında qonşu dövlətlərin öz milli valyutalarını ucuzlaşdırmalarını da göstərib: "Qonşu dövlətlərin öz valyutalarını ucuzlaşdırmaları Azərbaycan məhsullarının həm daxili bazarda, həm də dünya bazarında ucuzlaşmasına, qiymətlərin aşağı düşməsinə səbəb olub. Bu da istər-istəməz 2016-cı ilin büdcəsinə öz təsirini göstərib. Ancaq bütün bunlarla yanaşı, 2016-cı ilin büdcəsi bütün iqtisadi proseslər nəzərə alınmaqla hazırlanıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31