Lənkəran və Sankt-Peterburqu birbaşa aviareys birləşdirəcək

Rusiyanın "Ural Hava Yolları" aviaşirkəti Sankt-Peterburq və Lənkəran arasında birbaşa reysin açıldığını elan edib. Trend-in aviaşirkətin saytına istinadən verdiyi məlumata əsasən, reysə biletləri aviakassalar və şirkətin saytından artıq almaq olar. Məlumatda deyilir: "Reysin reallaşdırılması oktyabrın 29-dan başlayacaq. Bu istiqamət üzrə uçuşlar cümə axşamları həyata keçiriləcək. Marşrutlara "biznes" və "ekonom" sinifli salonlarla təchiz edilmiş "Airbus" Avropa konserninin təyyarələri tərəfindən xidmət göstəriləcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31