Samir Şərifov: “Neftin bir barelinin qiyməti 50 dollar, optimist variant kimi 60 dollar nəzərdə tutulur”

2016-cı ilin dövlət büdcəsinin gəlirləri 14 milyard 566 milyon manat nəzərdə tutulub ki, bu da 2015-ci illə müqayisədə 4 milyard 872 milyon manat az vəsait deməkdir. Bunu parlamentin beş komitəsinin birgə iclasında 2016-cı ilin dövlət büdcəsi zərfinə həsr olunmuş iclasında maliyyə naziri Samir Şərifov deyib. Nazir, 2015-ci illə müqayisdə 2016-cı il dövlət büdcəsinin gəlirlərinin və xərclərinin azalmasının səbəblərini dünyada baş verən qlobal proseslər, həmçinin neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi ilə əlaqələndirib. Onun sözlərinə görə, bu baxımdan 2016-cı ilin dövlət büdcəsində neftin bir barelinin qiyməti 50 dollar həcmində nəzərdə titulub. Nazir qeyd edib ki, optimist variant kimi neftin bir barelinin qiyməti 60, pessimist variant kimi isə 40 dollar nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31