Neftin qiymətinin düşməsi kimləri sevindirir?

"Büdcədə neftdən gələn gəlirlərin azalması hakimiyyətin rəqiblərinin sevinməsinə səbəb olur. Ancaq buna sevinməsinlər. Neftin qiymətinin aşağı olması hakimiyyəti daha məsuliyyətli olmağa məcbur edir". Bunu Milli Məclisin komitələrinin birgə iclasında 2016-cı ilin dövlət büdəc zərfi ilə bağlı aparılan müzakirəlr zamanı deputat Zahid Oruc deyib. Zahid Oruc Azərbaycan Beynəlxalq Bankından götürülən kreditlərin qaytarılmaması məsələsinə də münasibət bildirib: "Yəni 6 milyarda yaxın bir vəsaitin yoxa çıxması necə mümkündür? Bu araşdırılmalıdır". Millət vəkili əlavə edib ki, bu gün hər kəsə bəllidir ki, istər dövlət, istərsə də özəl sahədə səhiyyə xidmətləri pulludur. Bunların özəlləşdirilməsi xəstələrin ora müraciət etməsinə və yaxud da tibb xidməti almasına məcbur etməyəcəkmi? Xəstəxanalara da pul ayrılır, amma onlar da özəlləşdirilsə, daha yaxşı olar. Çünki dövlət xəstəxanaları bütün tibbi avadanlıqlarla təmin olunsa da, onlardan dövlətə heç bir xeyir yoxdur". Milli Məclıis üzvü Azərbaycandan kiçik olan ölkələrə, o cümlədən Gürcüstana 5 milyondan çox turist gəldiyini də diqqətə çatıdırıb: "Amma bizdə turistlər gətirdikləri vəsaitin 70 faizini otellərə qoyub gedirlər. Bu səbəbdən də turistlər ölkəmizə gəlmək istəmirlər. Demək olar ki. otellərimizdə qiymətlər çox bahadır. Kiçik və orta sahibkarlıq inkişaf etdirilmir. Təbii ehtiyatlarla zəngin olan bir ölkəyə turistlərin gəlmək istəməməsinin başlıca səbəbi məhz türizm xidmətlərinin baha olmasıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31