Brent tipli xam neftin 1 bareli 47,61 dollar olub

Sentyabr ayında dünya bazarında Brent tipli xam neftin 1 bareli 47,61 dollara, Urals nefti - 47,19 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 49,04 dollara satılıb. "OLAYLAR"-ın ARDNŞ-ə istinadən verdiyi xəbərə görə,  şirkət cari ilin ilin sentyabr ayında Novorossiysk limanından 169 min 775 ton, Supsa limanından 169 min 479 ton, Ceyhan limanından 1 milyon 836 min 547 ton xam neft ixrac edib. Ümumilikdə yanvar-sentyabr ayları ərzində Novorossiysk limanından 1 milyon 100 min 446 ton, Supsa limanından 2 milyon 33 min 539 ton, Ceyhan limanından isə 13 milyon 108 min 589 ton xam neft ixrac olunub. SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.                              

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31