AZAL-a yeni vitse-prezident təyin edildi
30 Sentyabr 2015 19:43 İqtisadiyyatAzərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Eldar Hacıyev "Azərbaycan Hava Yolları" QSC-nin vitse-prezidenti təyin edilib. Trend-in məlumatına görə, o bu vəzifəyə təyin edilməzdən əvvəl "Silk Way" şirkətinin vitse-prezidenti olub. Hazırda E.Hacıyev QSC-nin tərkibinə daxil olan AZAL sərnişindaşıma şirkətinin icraçı direktoru vəzifəsini də tutur. Mülki aviasiya sahəsində böyük təcrübəsi olan E.Hacıyev 1984-cü ilin fevralından bu sahədə çalışır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31