Azərbaycan İŞİD-lə əlaqəsi olanların maliyyə əməliyyatları üzərində nəzarəti gücləndirir

Azərbaycan Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti İŞİD terror təşkilatı ilə əlaqələri olan 4 nəfəri terrorçuluğu dəstəkləməyə görə beynəlxalq sanksiyaların tətbiq edildiyi hüquqi və fiziki şəxslər siyahısına əlavə edib. Trend-in Maliyyə Monitorinqi Xidmətinin saytına istinadən verdiyi məlumata görə, insanları İŞİD-ə cəlb etməklə məşğul olan Aqsa Mahmud və Salli-Enn Fransisin, eləcə də terror təşkilatının tərəfində döyüşən Nasir Əhməd Muthana və Ömər Əli Hüseynin adları siyahıya daxil edilib. Bu dəyişiklik BMT Təhlükəsizlik Şurasının "Əl-Qaidə"yə qarşı sanksiyalar üzrə komitəsinin yenilənmiş beynəlxalq siyahısına və 1267, 1989 və 2161 saylı qətnamələrinə uyğun edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31