Rusiya Federasiya Şurası Silahlı Qüvvələrdən ölkə xaricində istifadə edilməsinə icazə verib
Suriya prezidenti Bəşər Əsəd Rusiyaya müraciət edərək hərbi yardım istəyib
30 Sentyabr 2015 15:11 İqtisadiyyatRusiya Federasiya Şurası ölkə Silahlı Qüvvələrinin xaricdə istifadəsinə icazə verilməsi ilə bağlı prezidentin müraciətini yekdilliklə dəstəkləyib. APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bunu Kreml administrasiyasının rəhbəri Sergey İvanov bildirib. O deyib ki, Vladimir Putinin müraciəti Suriyadakı vəziyyətlə əlaqədardır. Belə ki, Suriya prezidenti Bəşər Əsəd Rusiyaya rəsmi şəkildə müraciət edərək ölkəsinə hərbi yardım göstərilməsini xahiş edib. S. İvanov Suriyada yalnız Hərbi Hava Qüvvələrindən istifadə edəcəklərini vəə quru qoşunlarının istifadəsindən söhbət getmədiyini nəzərə çatdırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31