Azərbaycan proqram təminatının lisenziya nəzarətini tətbiq edəcək
29 Sentyabr 2015 19:16 İqtisadiyyatProqram təminatı sahəsində piratçılıqla mübarizə yaxın illər ərzində sahibkarları əhatə edə bilər. Trend-in məlumatına görə, bunu "AtaTexnologiya" MMC-nin layihələndirmə şöbəsinin direktoru Cahangir Qənizadə deyib. O bildirib: "Güman edirəm ki, artıq gələn il Azərbaycanda piratçılıqla mübarizə sərtləşdiriləcək. Söhbət ondan gedir ki, mübarizə hüquq-mühafizə orqanları səviyyəsində aparılacaq. Həmin orqanların nümayəndələri şirkətlərdə istifadə edilən softun lisenziyasının olub-olmamasını qanuni əsasda fiziki olaraq yoxlayacaq. Pirat softun istifadə edildiyi aşkar olunarsa, cərimələr tətbiq ediləcək".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31