UNEC-də növbəti struktur islahatları

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) struktur dəyişikliyi olub. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, UNEC-in Elmi Şurasında qəbul edilən qərara əsasən iki fakültə və bir neçə kafedra birləşdirilib. "Uçot-iqtisad" fakültəsi ilə "Maliyyə" fakültəsi birləşdirilərək, "Maliyyə və mühasibatlıq" fakültəsi adlandırılıb. UNEC-in "İqtisadi nəzəriyyə 1" və "İqtisadi nəzəriyyə 2" kafedraları ayrılıb. Bundan sonra "İqtisadi nəzəriyyə 2" kafedrası "Nəzəri və praktiki iqtisadiyyat" kafedrası adlandırılacaq. "Qeyri-ərzaq malları əmtəəşünaslığı və ekspertizası" ilə "Ərzaq malları əmtəəşünaslığı və ekspertizası" kafedraları isə birləşdirilərək "İstehlak mallarının ekspertizası" kafedrası adlandırılıb. Bundan başqa, UNEC-də "Humanitar fənnlər" kafedrası yaradılıb. Yeni kafedrada "Azərbaycan tarixi", "Fəlsəfə" və "Politologiya" kafedraları birləşdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31