Azərbaycan gələn il cari neft-qaz hasilatı həcmini saxlamağı planlaşdırır
21 Sentyabr 2015 18:59 İqtisadiyyatGələn il Azərbaycanda neft-qaz hasilatının həcminin 2015-ci ildəki səviyyədə saxlanılması planlaşdırılır. Trend-in məlumatına görə, bu barədə "Reuters" agentliyi SOCAR-ın nümayəndəsinə istinadən xəbər verir. Nümayəndənin sözlərinə görə, 2016-cı ildə təqribən 40 milyon ton neft və 30 milyard kubmetr qaz hasilatı planlaşdırılır: "Bu, cari il üçün planlaşdırdığımız səviyyəyə bərabərdir".
Qeyd edək ki, bu il Azərbaycanda təqribən 40,7 milyon ton neft və 30,2 milyard kubmetr qaz hasil edilməsi planlaşdırılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31