“Büdcədən elmin inkişafına ayrılan vəsait artırılmalıdır” – Ekspert

Maliyyə Nazirliyinin açıqladığı məlumata görə, növbəti büdcə ilində elm xərcləri 131.7 milyon manat təşkil edəcək ki, bu da cari ilin proqnoz göstəriciləri ilə müqayisədə 18,7 milyon manat və 12,5 faiz azdır. Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Qubad İbadoğlunun sözlərinə görə, elmin maliyyələşdirilməsində dövlət rolu bir çox inkişaf etmiş ölkələrdə əhəmiyyətli olmasa, həmin ölkələrdə özəl sektorun potensialı hesabına bu boşluq doldurulur və hər il milyardlarla vəsait bu məqsədlər üçün sərf olunur. Q. İbadoğlu qeyd edib ki, hazırda elmi nailiyyətlərin kommersiyalaşdırılması hesabına külli miqdarda vəsait qazanan şirkətləri, bunun başlıca alternativini də görmürlər: "Məsələn, ötən il elmi tədqiqat xərclərinin maliyyələşdirilməsinə məşhurlardan "Wolksvagen" 13,5 milyard dollar, "Samsunq" 13.4 milyard dollar, "Intel" 10,1 milyard dollar, IBM , "Panasonic" və "Nokia" ayrı-ayrılıqda 6,1 milyard dollar , "Sony" 5,7 milyard dollar vəsait yönəldib. Bu xərcləmələr ayr-ayrılıqda Azərbaycanın gələn ilki büdcəsindən elmə ayrılan xərclərələ müqayisədə 50-100 dəfə çoxdur. Göründüyü kimi, bütün dünyada elmə şirkətlər səviyyəsində külli miqdarda vəsait xərclənir. Azərbaycanın adı sadalanan səviyyədə dünyaca məşhur şirkətləri olmadığına və elmin maliyyələşdirilməsində özəl bölmənin payı hiss edilmədiyinə görə, elm adamlarının, alimlərin və tədqiqatçıların sosial qayğısını çəkmək və onların əməyini layiqincə qiymətləndirmək üçün dövlət büdcəsindən normal səviyyədə ayırmalar olmalıdır. Əks tədqirdə, ölkədə nə elmi-tədqiqatlara maraq olacaq, nə də ki, yeni ixtiralar və kəşflər ediləcək. Buna nail olmaq üçün isə büdcədən elm xərclərinə ayrılan onsuz da cüzi olan dövlət vəsaitini azaltmaq deyil, atrırmaq barədə düşünmək daha düzgün olardı". ("OLAYLAR İA")

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31