Samir Əliyev: “Devalvasiya dövlət borcunu manat ifadəsində 34% artırıb”

"2016-cı ildə büdcə xərclərinin 7,7%-i dövlətin borclarının ödənilməsinə yönəldiləcək". Bu barədə iqtisadçı-ekspert Samir Əliyev məlumat verib. "Gələnil ümumilikdə 1,3milyardmanatborcqaytarılacaq. Bu, 2015-ci illə müqayisədə 61% çoxdur. Borcun bu qədər artımı əsasən 2 səbəblə bağlıdır. Əsas səbəb devalvasiyadır. Devalvasiya dövlət borcunu manat ifadəsində 34% artırıb. İkinci səbəb bir sıra dövlət şirkətlərinin borcu qaytara bilməməsidir. Belə ki, "Azərenerji" ASC, "Azəralüminium" ASC, AZAL borcları restrukturizasiya edilib və borcun bir hissəsinin dövlət büdcəsi hesabına ödəniləcək", - deyə S. Əliyev qedy edib.("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31