Deputat Avropa Parlamentinə sorğu etdi

“Niyə 1 milyondan çox azərbaycanlı qaçqının taleyinə biganə qalırsınız?”

"Avropa Parlamentinin Azərbaycanla bağlı məlum "qətnaməsi"nə imza atanlardan soruşmaq lazımdır ki, əgər sizin həqiqətən də insan haqlarının pozulmasına qarşı mübarizə aparmaq niyyətiniz varsa, onda nə üçün 25 ildən çox hüquqları Ermənistan tərəfindən kobudcasına pozulmuş 1 milyondan çox azərbaycanlının taleyinə biganə qalırsınız?" Bunu deyən millət vəkili Eldar İbrahimovun sözlərinə görə, bu gün müstəqil Azərbaycanımız mühüm ictimai-siyasi hadisə ərəfəsindədir: "Ölkəmiz parlament seçkilərinə hazırlaşır və belə bir vaxtda suveren dövlətimizin qısa zaman kəsiyində əldə etdiyi uğurları gözü götürməyən qüvvələr fəallaşıblar. Görünür, ölkəmizin nüfuzunun gündən-günə artması, dünyanın iqtisadi və sosial həyatında özünə layiqli yer tutması anti-Azərbaycan siyasəti yeridən müəyyən dairələri, xüsusilə Avropa Parlamentindəki bəzi nümayəndələri çox narahat edir". Millət vəkili qeyd edib ki, avroparlamentarilər unudurlar ki, Azərbaycan bölgədə daxili sabitliyi ilə seçilən, maliyyə və iqtisadi böhrana məruz qalmayan, vətəndaşlarının maddi-rifah halını ilbəil yaxşılaşdıran bir ölkədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31