Azərbaycan Avropanın enerji təhlükəsziliyində starateji mövqeyə malikdir

Vüqar Bayramov: “Avropa Birliyi Dağlıq Qarabağ və digər regional məsələlərdə ölkəmizə dəstək olmalıdır”

İtaliyanın Milan şəhərində 4-cü Enerji Forumu öz işinə başlayıb. Forumda çıxış edən iqtisadçı alim Büqar Bayramov qeyd edib ki, enerji resurslarının dünya və eləcə də Avropa bazarına çıxarılmasında 3 əsas diversifikasiya önəmlidir: "Azərbaycan üçün bazarların diversifikasiyası olduqca vacibdir. Ölkəmizdə Cənub Qaz Dəhlizinin reallaşması ilə bağlı siyasi iradə mövcuddur. Bu layihə dünyanın ən böyük investisiya qərarıdır. Sözügedən dəhliz Azərbaycan və region mavi qazının Avropa bazarına çıxarılmasını təmin edəcək. Azərbaycan təşəbbüsü ilə reallaşan bu layihə nəinki region, ümumilikdə bütöv qitə üçün əhəmiyyət daşıyır. Eyni zamanda, Azərbaycan öz mavi qazını gələcəkdə digər bazarlara da çıxara bilər. Çünki ölkəmiz bir bazardan asılı olmaq istəmir". O, qeyd edib ki, Avropanın enerji təhlükəsizliyinə ciddi şəkildə töhvə verən Azərbaycana qitənin siyasi dəstəyi zəifdir. Avropa Birliyi Dağlıq Qarabağ və digər regional məsələlərdə ölkəmizə dəstək olmalıdır: "Təəssüf ki, Avropanın enerji təhlükəsziliyində starateji mövqeyə malik olan ölkəmizə dəstəyin zəif olduğunu müşahidə edirik. Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizi Avropa üçün yeganə yeni alternativ enerji mənbəyi kimi xarakterizə edib. Məhz bu dəyərləndirmə Azərbaycanın ciddi strateji mövqeyini və rolunu aydın şəkildə göstərir. Azərbaycan Avropanın enerji təhlükəsizliyində əsas mənbələrdən biri kimi çıxış etməsinə baxmayaraq biz köhnə qitədən adekvat dəstəyi hiss etmirik. Layihələrin invesitisiya təminatında da Avropanın rolu hələlik marjinaldır". V.Bayramov bildirb ki, region mavi qazının Avropa bazarında çıxarılmasında kəmərlərin diversifikasiyası da vacibdir. Amma təəssüf ki, regiondakı münaqişələr tranzit diversifikasiyasına imkan yaratmır: "Digər şaxələnmə mənbələrin diversifikasiyasıdır. Avropa Birliyi üçün bu çox vacibdir. Öz mavi qazının 40 faizindən çoxunu bir şirkətdən alan Avropa yeni alternativ mənbələr hesabına idxalın diversifikasiyasına nail olmağa çalışır. Bu gün kəmərlərin təhlükəsizliyi də olduqca mühüm əhəmiyyət daşıyır. Təəssüf ki, Gürcüstandan sonra Türkiyədə də kəmərlərin təhlükəsizlik problemi genişlənməkdədir. Strateji baxımdan Azərbaycan bu diversifikasiya da ciddi rol oynamaqdadır. İran ilə Qərb arasındakı "istiləşmənin" regionun enerji xəritəsinə təsirlərinə müxtəlif hipotezlər üzərindən baxılmalıdır. İranın TANAP və TAP layihələrinə strateji qoşulmaq istəyini sözügedən kəmərləinin iqtisadi rentabelliyinə müsbət təsir göstərəcək. Bu baxımdan, ötürmə gücü illik 60 milyard kub metrədək yüksələck TAP İran üçün əsas ixrac layihəsi ola bilər. Qeyd edim ki, tədbir Qafqaz Regional Ətrafmühit Mərkəzi və KAS-ın dəstəyi ilə təşkil edilir".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31