“Fondun vəsaitləri azalacaq” – Azər Mehdiyev

"Gələn il Neft Fondunun xərcləri onun gəlirlərindən 22,2 faiz çox olacaq". Bu barədə iqtisadçı-ekspert Azər Mehdiyev məlumat verib. "Maliyyə Nazirliyinin açıqladığı məlumatlara görə, gələn il Neft Fondunun gəlirləri 6711,6 milyon manat, xərcləri isə 8200,0 milyon manat proqnozlaşdırılır, yəni il ərzində Fondun xərcləri onun illik gəlirlərindən 1488,4 milyon manat çox olacaq. Bu isə o deməkdir ki, bu ildən başlayaraq Neft Fondunun vəsaitləri ildən-ilə azalacaq. Gələn il Neft Fondundan dövlət büdcəsinə 6000,0 milyon manat transfert ediləcək ki, bu da Fondun illik xərclərinin 73,2 faizi qədərdir. Fonddan transfertin dövlət büdcəsinin gəlirlərində payı 41,2 faiz olacaq", - deyə A. Mehdiyev qeyd edib. ("OLAYLAR İA")

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31