"AzMeCo" və "Qazprom" Azərbaycana qaz tədarükü barədə müqavilə imzaladılar
11 Sentyabr 2015 18:56 İqtisadiyyatAzərbaycanın "AzMeCo" şirkəti "Qazprom Eksport" MMC-dən 2 milyard kubmetrədək qazın alışına dair müqavilə imzalayıb. Bu barədə Trend MMC-yə istinadən məlumat verir. Müqaviləni Bakıda "Qazprom"un İdarə Heyətinin sədr müavini Aleksandr Medvedev və SOCAR-ın marketinq və investisiyalar üzrə vitse-prezidenti Elşad Nəsirovun iştirakı ilə "Qazprom Eksport" MMC-nin baş direktoru Yelena Burmistrova və "AzMeCo"nun Direktorlar Şurasının sədri Nizami Paşayev imzalayıblar. Məlumatda deyilir: "Bu, ildə 2 milyard kubmetrədək qazın alqı-satqısı barədə ortamüddətli müqavilədir. Təbii qazın tədarükü Qaradağ Metanol Zavodunun qaza olan tələbatını 100 faiz təmin edəcək. Qazın yaxın vaxtlarda tədarük edilməsi planlaşdırılır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31