“Valyuta ehtiyatlarından istifadəni tənzimləyən qaydalar hazırlanmalıdır”

Qubad İbadoğlu: “Layihələr neft və qeyri-neft gəlirlərindən kənar mənbələri hesabına maliyyələşməlidir”

"Azərbaycanın 35 milyardlıq valyuta ehtiyatını unudub, islahatlar haqda düşünmək, əlavə maliyyə qaynaqları axtarmaq, yeni inkişaf modeli tapmaq lazımdır". Bu sözləri iqtisadçı-ekspert Qubad İbadoğlu deyib. Q. İbadoğlu bildirib ki, son 10 ildə 80 milyard dollar neft pulu xərcləmişik, yaratdığımız 35 milyard dollar da gələcək nəsillər adına yığılıb. Ekspert valyuta ehtiyatlarından istifadəni tənzimləyən qaydaların hazırlanmasının vacibliyinə diqqət çəkib: "1. Dövlət Neft Fondunun məqsədləri rasional və aydın olmalıdır. ARDNF-in iki məqsədi olmalıdır: A. valyuta ehtiyatlarını gələcək nəsillər üçün saxlamaq və səmərəli idarə etmək; B. Neft gəlirlərinin büdcəyə daxil olmasında qısa və orta müddətli dəyişkənliyi sabitləşdirmək. 2. Gələn ilin büdcəsininin müzakirəsindən əvvəl neft gəlirlərinin dövlət büdcəsinə transferini tənzimləyən fiskal qaydalar qəbul olunmalıdır; 3. Qeyri-neft büdcə kəsirinin azaldılması üçün qeyri neft büdcəsi ilə carı xərcləmələr tarazlaşdırılmaldır; 4. Büdcədən yalnız ictimai və sosial xarakterli layihələrin maliyyələşdirilməsi üçün vəsait ayrılmalıdır, bütün digər layihələr hökumətin neft və qeyri-neft gəlirlərindən kənar mənbələri hesabına maliyyələşməlidir". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31