Vergilər Nazirliyi tapşırığa 101,4 faiz əməl edib

Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsində 4,6 milyard manata yaxın vəsait daxil olub. Nazirliyin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, 2015-ci ilin yanvar-avqust ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 4 milyard 565 milyon 375,8 min manat vəsait daxil olub, proqnoz tapşırığına 101,4 faiz əməl edilib. Hesabat dövründə vergi orqanlarında 52 897 vergiödəyici qeydiyyata alınıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31