"Neft Daşları” yatağında yeni quyu istismara verilib

"Neft Daşları" yatağındakı 1887 nömrəli stasionar dəniz özülündən 2680 nömrəli quyu qazmadan sonra istismara verilmiib. "OLAYLAR"-ın ARDNŞ-ə istinadən verdiyi xəbərə görə, Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki Üstü Qumlu Lay Dəstəsinə qazılan quyu qazlift üsulu ilə məhsul verib, 3088-3073 metr intervaldan sutkalıq 20 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.
Qeyd edək ki, quyu "Azneft" İstehsalat Birliyinin "Neft Daşları" Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31