SOCAR prezidenti Petkim yarımadasında olub

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti  İzmirin Əliağa bölgəsində Petkim yarımadasında həyata keçirilən investisiya layihələrinin gedişi ilə maraqlanıb. "OLAYLAR"-ın ARDNŞ-ə istinadən verdiyi xəbərə görə, SOCAR rəhbərliyinə 30 faiz tikinti işləri yekunlaşmış STAR Neft Emalı Zavodu, oktyabr ayında birinci fazası yekunlaşacaq Petlim Limanı və cari ilin ilk 6 ayında xalis gəliri 232 milyon Türk lirəsi həcmində olan "Petkim"lə əlaqədar təqdimatlar nümayiş etdirilib. Rövnəq Abdullayev aldığı məlumatlardan sonra görülən işlərlə bağlı fikirlərini bildirib. Qeyd edib ki, 'Petkim" neft-kimya kompleksində ilin birinci yarısı olduqca müsbət göstəricilərlə yekunlaşmış və məhsuldarlıq yüksək səviyyəyə çatıb.  Təqdimatlardan sonra Rövnəq Abdullayev və onu müşayiət edən şirkət rəhbərliyinin nümayəndələri STAR Neft Emalı Zavodunun laboratoriya binasının təməlqoyma mərasimində iştirak ediblər. Mərasimdən sonra SOCAR rəhbərliyi liman sahəsində tikilən 300 metr uzunluğundakı dalğaqırana və 700 metr uzunluğundakı bərəyə baxış keçiriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31