SOCAR prezidenti Maltanın baş naziri ilə görüşüb
7 Sentyabr 2015 14:15 İqtisadiyyatSOCAR prezidenti Rövnəq Abdullayev Malta Respublikasına səfər edib. "OLAYLAR"-ın ARDNŞ-ə istinadən verdiyi xəbərə görə, səfər çərçivəsində o, Maltanın baş naziri Cozef Muskat ilə görüşüb. Maltanın enerji naziri Konrad Mizzinin də iştirak etdiyi görüşdə SOCAR-ın bu ölkədə həyata keçirdiyi investisiya layihəsi müzakirə edilib, layihənin qrafikə uyğun şəkildə uğurla icra edildiyi qeyd olunub. Tərəflər Azərbaycan və Malta arasında enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün mövcud olan imkanlardan danışmış, investisiya layihələrinin genişləndirilməsi perspektivlərini nəzərdən keçiriblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31