Mərkəzi Bank ilin əvvəlindən 5 milyard dollardan çox valyuta ehtiyatı itirib
4 Sentyabr 2015 19:13 İqtisadiyyatBu ilin avqust ayında Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan valyuta ehtiyatları iyul ayı ilə müqayisədə 1 186,1 milyon dollar (13,95 faiz) azalaraq 7,3 milyard dollar olub. Bu barədə Trend Mərkəzi Bankın saytına istinadən məlumat verir.
Qeyd edək ki, bu ilin əvvəlində AMB-nin valyuta ehtiyatları 5 365,4 milyon dollar (42,3 faiz) azalıb. Valyuta ehtiyatlarının azalması, xüsusilə, AMB-nin valyuta bazarında manatın dollara nisbətdə məzənnəsini sabit saxlamaq üçün həyata keçirdiyi iqtisadi müdaxilə ilə əlaqədardır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31