“Biznes üçün tələb olunan lisenziya və müxtəlif növ icazələrin sayı 305-dən çoxdur” – Azər Mehdiyev

"Azərbaycanda biznes üçün tələb olunan lisenziya və müxtəlif növ icazələrin sayı 305-dən çoxdur". Bu barədə iqtisadçı-ekspert Azər Mehdiyev məlumat verib. "Məlum olduğu kimi, prezidentin 31 avqust tarixli fərmanı ilə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan xüsusi razılıq (lisenziya), sertifikat, şəhadətnamə və digər sənədlərin elektron qaydada verilməsini təmin etmək məqsədi ilə "Elektron lisenziya" portalının yaradılmasına göstəriş verilib. İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi 2013-cü ildə Azərbaycanda hüquqi və fiziki şəxslərin biznes fəaliyyəti üçün qanunvericiliklə tətbiq edilən lisenziya və icazə növlərinin sayı ilə bağlı araşdırma aparmışdı. Məlum olmuşdu ki, mövcud qanunvericiliyə görə tələb olunan müxtəlif növ icazə sənədlərinin ümumi sayı 305-dən çoxdur. Ayrı-ayrı növ icazələrin sayı belədir: ..90 xüsusi razılıq (lisenziya), 46 icazə, 39 şəhadətnamə, 27 xüsusi icazə, 19 rəy, 13 sertifikat, 4 razılaşdırma, 3 texniki pasport, 3 texniki şərt, 3 rəsmiləşdirilmə, 2 texniki talon, 2 sərəncam, 2 razılıq, 2 qeydiyyata alınma sənədi, 1 ekspertiza təyinatı, 1 təsdiqedici qeyd, 1 texniki baxış aktı, 47 digər növ icazə sənədi", - deyə A. Mehdiyev qeyd edib. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31