Dollarla olan kreditlərin manata çevrilməsinin səbəbləri

Natiq Cəfərli: “Devalvasiyadan sonra bank sistemi hələ də özünə gəlməyib”

"Bütün banklar və bank olmayan kredit təşkilatları əvvəl ancaq dollarla kredit verirdilər. İndi isə israrla müştərilərinə zəng edirlər ki, dollarla olan kreditlərini manata çevirsinlər". Bu barədə iqtisadçı-ekspert Natiq Cəfərli məlumat verib. N. Cəfərli bəzi saytların bu məlumatları manata güvənin artması kimi qeyd etdilərini bildirib. Ekspert əslində bu prosesin başqa səbəblərinin olduğunu diqqətə çatdırıb: "1. Devalvasiyadan sonra bank sistemi hələ də özünə gəlməyib. Stress vəziyyətindədir. Əksər banklar borc işindədir, fevraldan sonra hamısı kreditləri dollarla verməyə başladı. 2. Son analizlər göstərir ki, geri dönüşü problemli olan kreditlər sürətlə artır, əsas da dollarlı kreditlər. 3. Banklar manata keçməklə həm kreditin faiz dərəcəsini qaldırırlar, həm də gələcəkdə dollarla olan kreditlərdə yarana biləcək problemlərdən özlərini sığortalamaq istəyirlər. 4. Banklar anlayırlar ki, növbəti devalvasiya dollarla olan kreditlərin geri dönüşünü müşkülə salacaq, insanlar kreditlərini bağlaya bilməyəcəklər. Beləliklə, manata keçidlər banklar əslində öz devalvasiya gözləntilərinin yüksək olmasını göstərirlər. Amma kreditlər manatla da olsa, belə yüksək faizlərkə geri dönüşləri çətinləşəcək. Problemli kreditlərin həcmi hər ay artacaq, çünki həm iş yerləri qapanır, həm də gəlirlər aşağı düşür. 2016-cı iıin büdcəsində kəskin azalma olsa, bu problemli kreditlərin həcmini xeyli artıracaq. Yəni, bankların manat kreditlərinə keçməsi heç də yaxşı əlamet deyil". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31