SOCAR yanacağın qiymətini növbəti dəfə aşağı salacaq - UKRAYNADA
4 Sentyabr 2015 12:41 İqtisadiyyatUkraynanın Antiinhisar Komitəsi ölkənin 12 iri yanacaqdoldurma məntəqələrinə sahib olan şirkətlərə benzin və dizel yanacağının qiymətinin aşağı salınmasını məsləhət görüb. "APA-Economics"in Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Ukraynanın Antiinhisar Komitəsindən bildirilib. Qurumdan bildirilib ki, yanacağın pərakəndə satış qiyməti bazar şəraitinə uyğun olmalıdır. Şirkətlər 10 gün ərzində öz təkliflərini quruma təqdim etməlidir. Antiinhisar Komitəsində bildiriblər ki, son bir il ərzində Avropa bazarlarında neft, benzin və dizel yanacağının qiymətində ciddi azalma var.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31