İqtisadiyyatın neftdən asılılığını minimuma endirmək üçün mümkün olan hər şeyi edilir

Heç bir neft ölkəsi Azərbaycanın son 10 ildən artıq bir vaxt ərzində əldə etdiyinin yarısına belə nail ola bilməyib

İqtisad elmləri doktoru, professor Fikrət Yusifovun "Neft 17-18 dollar olanda da Azərbaycanın maliyyə sistemi stabil qaldı" sərlövhəli məqaləsi ölkənin 30-a yaxın KİV-in də dərc edilərək böyük marağa səbəb olub. Üzərindən bir neçə gün keçməsinə baxmayaraq hələ də sözügedən məqalə ətrafında müəyyən müzakirələrin aparılması materialın kifayətqədər maraq kəsb etdiyindən xəbər verir. Lakin məqalədəki fikirlər bəzi ekspertlər tərəfindən məqsədli şəkildə təhrif olunur. Bununla bağlı bəyanat yayan "Ekonomiks" Beynəlxalq İqitisadi Araşdırmalar Birliyinin Ekspert Qrupu ictimaiyyətin böyük maraqla qarşıladığı sözügedən məqalədəki ayrı-ayrı fikirlərin kontekstdən çıxarılaraq müzakirəyə təqdim olunmasını pisləyir və bunu qərəzli münaisəb kimi qiymətləndirir: "Bəziləri belə fikirlər səsləndirirlər ki, guya Fikət Yusifov 1994-cü illin büdcə göstəriciləri ilə 2015-ci ilin büdcə göstəricilərini müqayisə edib. Əslində isə həmin məqalədə hər hansı müqayisə aparılmayıb, sadəcə son dövrlərdə dünya bazarlarında neftin qiymətlərinin iki dəfədən artıq aşağı düşməsi ilə bağlı mətbuat səhifələrində bəzi ekspertlərin qaldırdığı yersiz, əsassız hay-küyə arqumentlərlə, dəlillərlə cavab verilib. Yerindən duran hər kəs deyir ki, neftin qiymətləri düşdüsə deməli fəlakət baş verəcək. Fikrət Yusifov isə belələrinə müraciət edib deyir: 1994-cü ildə biz yalnız öz daxili ehtiyaclarımız qədər - yəni cəmisi 9,5 milyon ton neft istehsal edirdik və xaricə neft satmırdıq. Lakin buna baxmayaraq həmin dövrün büdcəsi bizə bütün sosial yönümlü xərcləri maliyyələşdirməyə imkan verirdi. O dövrün büdcəsi və büdcədə nəzərdə tutulan sosial yönümlü xərclərinin səviyyəsi indiki büdcədən və təbii ki, indiki büdcənin sosial yönümlü xərclərindən 15-20 dəfə və bəzən də daha çox aşağı idi. Yəni burada bircə haldan başqa müqayisə ediləcək heç nə yoxdur və ola da bilməz. Elə yazının əsas xəttini də məhz bu müqayisə təşkil edir. Fikrət Yusifov neftin qiymətlərinin və onun hasilatının aşağı düşməsini fəlakətə çevirənlərə deyir. Gəlin şərti olaraq belə hesab edək ki, biz bu gün 42 milyon ton deyil, cəmisi 15 milyon ton - yəni ölkəmizin daxili ehtiyaclarını ödəyə biləcək qədər neft istehsal edirik və bu səbəbdən də 1994-cü ildə olduğu kimi xaricə xam neft satmırıq. Biz bu gün xaricə xam neft satmasaq belə büdcəmizin gəlirləri ilə onun 1994-cü ilin büdcəsindəki sosial yönümlü xərclərdən 15-20 dəfə artıq olan bugünkü sosialyönümlü xərclərini artıqlaması ilə qarşılamaq imkanındayıq. Belə olan halda nə üçün bizi fəlakət gözləməlidi? Nə üçün insanlara "aclıq olacaq tədarük görün" kimi səviyyəsiz çağırışlar edilir?". Mərkəzin ekspert qrupu qeyd edir ki, son 5 il ərzində Ümumi Daxili Məhsulun tərkibində qeyri-neft sektorunun payı 20%-ə qədər arta bilibsə və ölkə rəhbərliyi iqtisadiyyatın neftdən asılılığını minimuma endirmək üçün mümkün olan hər şeyi edirsə, Azərbaycanın taleyini neftin dünya bazarlarındakı qiymətləri ilə müəyyən edən "çağrışlar" hansı əqidəyə xidmət edir?: "Bir daha deyirik. Heç bir neft ölkəsi qeyri-neft sektorunun inkişafı sahəsində Azərbaycanın son 10 ildən artıq bir vaxt ərzində əldə etdiyinin yarısına belə nail ola bilməyib. Professor Fikrət Yusifov "Ölkəni fəlakət gözləyir" kimi məsuliyyəsiz bəyanatlar verən adamların təxribatla məşğul olduqlarını yazıb. İnsanlarda çaşqınlıq yaradan açıqlamlarla çıxış edənlər neftin dünya bazarında qiymətinin 30 dollardan da aşağı düşəcəyini yazırdılar. Bundan cəmi bir gün sonra neftin qiymətləri 50 dollara yaxınlaşmağa başladı".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31