PA-nın sektor müdiri: Vətəndaşlara yerli vergiləri ödəmək mədəniyyəti aşılanmalıdır

2014-cü ilin 6 ayı ilə müqayisədə bu ilin eyni dövründə Azərbaycanda daşınmaz əmlak vergisi üzrə daxil olan vəsaitin həcmi 6,5% artıb. Bu artım ölkənin 36 şəhər və rayonda əmlak vergisi üzrə ciddi artım müşahidə edilib. Məsələn, Səbail rayonunda daşınmaz əmlak vergisi üzrə daxil olmaların həcmi 87,9%, Gəncə şəhəri üzrə 88,9%, Cəlilabadda 99,3%, Şəmkirdə 1,5 dəfə, Şirvanda 2,5 dəfə, Gədəbəydə 15,5 dəfə artım müşahidə edilib. İlin axırına qədər daşınmaz əmlak vergisi üzrə daha çox artım müşahidə olunacaq. Trend xəbər verir ki, bunu Prezident Adminstrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin sektor müdiri Kamran Bayramov bu gün Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş mərkəzinin, Nəsimi bələdiyyəsinin, "Bələdiyyə həyatı" qəzetinin və Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkialtının (GİZ) təşkilatçılığı ilə "Əmlak vergisi: yeniliklər və problemlərin həlli yolları" mövzusunda keçirilən seminarda deyib. Sektor müdiri bildirib ki, bir müddət öncə bələdiyyələrin 80 fazinin kompüteri yox idi. K.Bayramov deyib ki, lakin indi onların artıq 90-95 faizinin kompüterləri var, digərləri də qısa müddətdə təmin təmin olunacaq. PA rəsmisi sonra əlavə edib ki, bələdiyyələr vergilərin yığılması istiqamətində bütün resurslarını səfərbər etməlidir: "Əhali ilə səmərəli iş qurulmalıdır. Bu sahədə uğur qazanmış bələdiyyələrin təcrüməsindən faydalanmalıdırlar. Vətəndaşlara yerli vergiləri ödəmək mədəniyyəti aşılanmalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31