Ekspert: “Avropaya Rusiyadan kənar gedən bütün qaz layihələri Kremlin əsas hədəfidir”
1 Sentyabr 2015 12:28 İqtisadiyyat"Avropaya Rusiyadan kənar gedə biləcək bütün qaz layihələri Kremlin əsas hədəfidir". "Olaylar"ın məlumatına görə, belə bir iddia ilə iqtisadçı-eskpert Natiq Cəfərli çıxış edib. "Avqustun 30-da İtaliyanın "Eni" şirkəti nəhəng qaz yatağı tapdığı haqqında bəyanat verir, ayın 31-i şirkətin Liviya ofisi partladılır. Son 15 gündə PKK terrorçuları Bakı-Tiflis-Ərzurum qaz kəmərini 3 dəfə partladıblar. Sentyabrın 1-də Lavrov Bakıya gəlir. Artıq daha çox əmin oluram ki, Avropaya Rusiyadan kənar gedə biləcək bütün qaz layihələri Kremlin əsas hədəfidir. Çinlə qaz anlaşması zərərlə bağlanıb, "Qazprom" Avropa bazarını itirsə, bankrotdur, Rusiya büdcəsi 2014-cü ildə "Qazprom"dan 251.5 milyard rubl qazanıb, bazarı itirməmək üçün Rusiya bütün aqressiv addımlara hazırdır", - deyə N. Cəfərli qeyd edib. ("OLAYLAR İA")