Neft 50 dolları ötdü
Qısamüddətli ucuzlaşmadan sonra "qara qızıl"ın qiyməti yenidən qalxıb
1 Sentyabr 2015 10:46 İqtisadiyyatLondon birjasında "Brent" markalı neftin qiyməti 53 dollara qədər bahalaşıb.ANS PRESS-in məlumatına görə, bu gün Londonun İCE ("İnterContinental Exchange Futures") birjasında "Brent" markalı neftin bir barrelinin qiyməti təxminən 8 faiz bahalaşaraq 52 dollar 72 sent təşkil edib."Brent"dən fərqli olaraq Texas neftinin qiymətində dəyişiklik nisbətən azdır. Belə ki, Nyu-Yorkun NYMEX ("New York Mercantile Exchange") birjasında "Light" markalı neftin bir barrelinin qiyməti ötən günlə müqayisədə 3,66 dollar bahalaşaraq 47,69 dollara çatıb.Beynəlxalq Energetika Agentliyi gündəlik istehlakın daha 1,4 milyon barrel artacağı bir dövrdə OPEK və onun de-fakto lideri Səudiyyə Ərəbistanının öz bazarını genişləndirmək imkanı qazanacağını bildirir. Neftin qiymətinin kəskin düşməsi nəticəsində rəqiblərin zərərə düşməsi də onların bazarı genişləndirməsinə kömək edəcək. OPEK-in proqnozlarına görə, 2015-ci ildə günlük neft istehlakı 92,6 milyon barrel təşkil edəcək.Ekspertlər həmçinin xam neft bazarının zəiflədiyini deyil, əksinə hətta gücləndiyini vurğulayırlar: "2009-cu ildən etibarən ilk dəfə neftin qiymətinin 45 dollardan aşağı düşməsinə baxmayaraq, son həftələr ərzində xam neft bazarı sabitləşib. Çünki dünyanın ikinci ən böyük neft istehlakçısı olan Çin öz ehtiyatlarını doldurmaq üçün bu il daha artıq neft alacaq."