Tələbələr Heydər Əliyev adına NEZ-də təcrübə keçiblər

Avqust ayında M.Lоmоnosov adına Moskva Dövlət Universitetinin Bakı filialının kimya fakultəsinin 13 nəfər tələbəsi Heydər Əliyev adına Neft Emalı Zavodunda istehsalat təcrübəsi keçiblər. Socar-dan verilən məlumata görə, tələbələr təhlükəsizlik texnikası qaydaları ilə təlimatlandırılıb, daha sonra professor, kimya elmləri doktoru Boqdan Lazoryak və zavodun təcrübə rəhbərləri ilə birgə müəssisənin əsas texnoloji qurğularında istehsalat prosesləri ilə yaxından tanış olub, avtomatik idarəetmə sistemi və avadanlıqların iş prinsipləri haqqında məlumatlar əldə ediblər. Tələbələrin istehsalat təcrübəsinin yekunu olaraq zаvodda müəllim və mütəxəssislərin iştirakı ilə təqdimat keçirilib. Zavodun inkişaf tarixi və yaxın gələcəkdə texnoloji qurğuların yenidənqurması, modernizasiyası, eləcə də müasir qurğuların inşası haqda məlumat verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31