“Manatın məzənnəsinin sabitliyinə təhlükələr arta bilər?”

Qubad İbadoğlu: “Bu,inzibatı əsaslara söykənən köhnə məzənnə siyasəti çərçivəsində əvvəllər aparılan əməliyyatların təkrarıdır”

"2015-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətlərində məzənnə rejimini əsasən dəyişməz saxlayacağını bəyan edən və buna müvəffəq ola bilməyən Mərkəzi Bank dəyişən rejimdə yeni strategiya qura bilməyib". Bu barədə iqtisadçı-ekspert Qubad İbadoğlu məlumat verib. Mərkəzi Bankın bu günlərdə açıqladığı 2015-ci ilin 6 ayının yekunlarına həsr olunmuş pul siyasəti icmalının təhlili bır sıra mətləblərə aydınlıq gətirib.Belə ki, icmala görə bu ilin 1-ci yarısında valyuta bazarının ümumi həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfədən çox artıb.Q. İbadoğlu bildirib ki, valyuta bazarında əməliyyatların 89%-i ABŞ dollarında, qalan 11%-i isə digər valyutalarda aparılıb. 2014-cü ilin müvafiq dövrü ilə müqayisədəABŞ dolları ilə əməliyyatların həcminin 2,avro ilə əməliyyatların həcminin isə 2.3 dəfə çoxaldığını deyən Qubad İbadoğlunun sözlərinə görə, bu dövrdə ticarət balansının müsbət saldosu 5 dəfəyədək azalıb: "2015-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətlərində məzənnə rejimini əsasən dəyişməz saxlayacağını bəyan edən və buna müvəffəq ola bilməyən Mərkəzi Bank dəyişən rejimdə yeni strategiya qura bilməyib. Ona görə də Mərkəzi Bankınn son dövrlər həyata keçirdiyi tədbirlər strategiyasız taktikalardır. Belə ki, Mərkəzi Bank21 fevral 2015-ci ildən etibarən tətbiq edilən yeni əməliyyat mexanizmi çərçivəsində valyuta bazarının fəal iştirakçılarından biri olaraq qalsa da, onun valyuta bazarında əməliyyatları müdaxilə dəhlizi çərçivəsində (satış və alış məzənnələri arasında diapazon) həyata keçirməsi yalnız taktiki xarakter daşıyır və inzibatı əsaslara söykənən köhnə məzənnə siyasəti çərçivəsində əvvəllər aparılan əməliyyatların təkrarıdır. Belə olan halda ölkədə bank sektorunun maliyyə dərinliyinin artırılması, faiz dərəcələrinin aşağı salınması və onun iqtisadi artımda daha effektiv iştirakının stimullaşdırılması istiqamətində həyata keçirilən tədbirlər demək olar ki, heç bir səmərə vermir. Odur ki, Mərkəzi Bankı 2015-ci il son rübü üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətlərinə dair bəyanatına yenidən baxmağa və hazırkı situasiyada bazar elementlərinin də rol aldığı yeni məzənnə siyasətinə keçidi təmin etməyə çağırıram. Əks təqdirdə manatın məzənnəsinin sabitliyinə təhlükələr artacaq və milli valyutanın sabitliyi üçün risklərin minimallaşdırılmasınına nail oluna bilməyəcək". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31