Bakı vaxtı ilə saat 09.25-ə London birjasında Brent neftinin qiyməti

Texas markalı neftin barrelinin qiyməti də 40 dolların ətrafında dəyişib. Bakı vaxtı ilə saat 10 radələrində Texas nefti barrel üzrə qiyməti 39,67 dollara çatıb. 


Bakı vaxtı ilə saat 09.25-yə Nyu-York birjasında Texas neftinin qiyməti

"AzəriLayt" markalı neftin də bahalaşıb. "AzəriLayt"ın bir barrelinin qiyməti London birjasında 44,47 dollar təşkil edib. Dünən isə London birjasında "AzəriLayt"ın bir barrelinin qiyməti 43,99 dollara düşmüşdü. 

Birjalardan gələn xəbərlər Azərbaycan ekspertlərini nikbinləşdirib. Ölkənin əsas ixrac məhsulu olan neftin qiymətinin yüksək olması təkrar devalvasiya olmayacağından xəbər verir. 

Beynəlxalq ekspertlər neft qiymətlərinin qarşıdan gələn aylarda da təzyiq altında olacağını bildirirlər. Onların fikrincə, yay avtomobil səyahətləri mövsümünün başa çatması ilə neftə tələbat daha da azalacaq.