“Azərbaycanda mineral suların istehsalı üçün kifayət qədər imkan var” – Ekspert

"Azərbaycanda mineral suların istehsalı və ixracatı üçün kifayət qədər imkan var". "Olaylar"ın məlumatına görə, belə bir fikirlə iqtisadçı-ekspert Natiq Cəfərli çıxış edib. "Dünyada məşhur brendlərdən biri olan "Nestle" şirkəti 2015-ci ilin ilk rübü ilə bağlı dəqiqləşdirilmiş məlumatlar açıqlayıb, tək 3 məhsul, "KitKat", "Nescafe" və "Perrier" üzrə satışlar 0,5% artaraq 21 mlrd. dollar təşkil edib. Məşhur su markası olan "Perrier"in satışları bu həcmin 30%-ə yaxınını, yəni, 7 milyard dollarını təşkil edib. Bu suyun dünyada ortalma satış qiyməti litri 2 dollar civarındadır. Ən çox satış olan ölkələr sırasında neftlə zəngin Ərəb ölkələridir. Ərəblər isə 1 barel, 159 litr nefti indi 43 dollara, yəni, litrini 27 sentə satırlar. Amma mineral suyu "Nestle"dən litrini 2 dollara alırlar", - deyə N. Cəfərli qeyd edib.Ekspertin sözlərinə görə, Azərbaycanda da mineral suların istehsalı və ixracatı üçün kifayət qədər imkan, resurs var. Natiq Cəfərli bildirib ki, sözügedən sektorun inkişafıyla əlaqədar sistemli iş görülsə, Azərbaycan bundan yüzmilyonlarla dollar pul qazana bilər: "Məsələn, qonşu Gürcüstan mineral su ixracatından ildə 250-300 milyon dollara yaxın pul qazanır".("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31