Vyanada Monteneqronun TAP-a qoşulması müzakirə ediləcək
24 Avqust 2015 18:46 İqtisadiyyatMonteneqronun TAP layihəsinə qoşulması məsələsi Balkan ölkələri nümayəndələrinin avqustun sonunda Vyanada keçiriləcək görüşündə müzakirə ediləcək. Trend bu barədə Monteneqronun "Dnevne Novine" qəzetinə istinadən məlumat verir. Məqalədə qeyd olunur ki, TAP Monteneqro üçün böyük əhəmiyyət kəsb edir: "TAP ucuz enerji mənbəyidir. Bu layihə Monteneqronun sənaye və ev təsərrüfatının inkişafına təkan ola bilər. Monteneqro və digər Balkan ölkələri boru kəmərinin inşasında maraqlıdır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31