
Bağlı mübadilə şöbələrindən biri
Digər diqqət çəkən bir məqam isə bu gün dollar satışının daha bahalaşmasıdır. Belə ki, valyutadəyişmə məntəqələri həftə sonu dolları 1.05 manatdan dəyişirdilərsə bu gün satış qiymətlər artaraq 1.055, 1.060 manat arasında dəyişir. Mərkəzi Bankın məlumatında isə 1 dollar 1.0470 manat dəyərində müəyyən olunub.
Ötən həftənin sonu paytaxtdakı valyutadəyişmə məntəqələri dollar satmaqdan imtina etmişdi. Mərkəzi Bank isə bunun qeyr-qanuni olduğunu bəyan edib.
ANS PRESS-ə verilən məlumatda qeyd olunur ki, həm nağd, həm də qeyri -nağd valyuta üzrə bankların tələbatı tam təmin olunub və yeni ehtiyacların ödənilməsi üçün də kifayət qədər valyuta ehtiyatı var.


Mübadilə şöbələrində satış qiymətləri
Ancaq əhali arasında pulunu manata çevirənlər də müşahidə edilir. Manat alanlardan bəziləri bunu manatın məzənnəsində nisbətən bahalaşmasının qeydə alınması ilə izah edirlər.