Azərbaycan və Pakistan arasında hava xətti sentyabrın sonunda açılacaq

Azərbaycan və Pakistan arasında hava nəqliyyat xəttinin açılışı sentyabrın sonuna nəzərdə tutulub. Bu barədə Trend-ə Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov deyib.

O qeyd edib ki, hazırda hava xəttinin açılışı ilə bağlı texniki məsələlər həll olunur. Daha əvvəl aviareysin avqustun 12-də açılacağı bildirilmişdi, ancaq bir sıra texniki problemlərə görə, reys qeyri-müəyyən müddətə təxirə salınmışdı. İslamabad-Bakı-İstanbul marşrutu üzrə uçuşları "Türkiyə Hava Yolları"na məxsus təyyarələr həyata keçirəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31