“Manatı ağır həftə gözləyir” – AÇIQLAMA

Samir Əliyev: “İstənilən halda Mərkəzi Bank məzənnəni saxlamağa çalışacaq”

Azərbaycan Mərkəzi Bankı avqustun 24-nə olan valyuta məzənnlələrini açıqladı. Mərkəzi Bankın rəsmi məzənnələr bülleteninə əsasən, dolların rəsmi məzənnəsi nisbətən düşərək 1, 0470 (əvvəlki günlərdə 1,0479) manat təşkil edib. Manata nəzərən avro artaraq 1,1994 (əvvəlki günlərdə 1,1814) olub. Rusiya rublu 0,0002 manat və ya 1,3% ucuzlaşaraq 0,0152 manat olub. İqtisadçı-ekspert Samir Əliyev "Olaylar"a açıqlamasında, manatın avqustun 24-nə olan bahalaşma trendinin gələcəkdə tendensiya halına düşəcəyinə inanmadığını bildirib. S. Əliyev hesab edir ki, dolların bu günki məzənnəsi, yəni manatın bahalaşmasının hansısa iqtisadi əsasları yoxdur: "Bu, Mərkəzi Bank tərəfindən atılmış psixoloji addımdır. Qurum manatı bahalaşdırmaqla bir növ insanları sakitləşdirmək istəyir. Amma burada müəyyən bir məntiq də var. Dünyada baş verən proseslər, xüsusilə neftin ucuzlaşması, həftənin yeni başlamasına baxmayaraq "qara qızılın" qiymətinin 45 dollarlıq həddən də aşağı düşməsi kimi məsələlər Çin iqtisadiyyatından mənfi məlumatların gəlməsiylə bağlıdır. Yəni, neftin ucuzlaşması heç də manatın gələcəyi üçün yaxşı perspektiv vəd etmir. Düşünürəm ki, bu həftə manat üçün ağır olacaq. Qərarı təbii ki, Mərkəzi Bank verir. Lakin, istənilən halda Mərkəzi Bank məzənnəni saxlamağa çalışacaq. Amma elə bir məqam yarana bilər ki, məzənnəni saxlamaq mümkün olmasın. Söhbət valyuta ehtiyatlarının həddindən artıq əriməsindən gedir. Əgər ehtiyatlar həddindən artıq azalsa, Mərkəzi Bank devalivasiyaya getməlidir. İndi yumşaq, yoxsa sərt devalivasiya olacaq, bunu artıq gələcək göstərəcək. Nə qədər ki, neft qalxmayıb növbəti devalivasiyanın olacağı zaman məsələsidir". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31