Mərkəzi Bank dollarla bağlı xəbərdarlıq etdi
Dolların satış məzənnəsinin maksimal həddi 1,055 səviyyəsində götürülsün.
22 Avqust 2015 16:15 İqtisadiyyatAzərbaycan Mərkəzi Bank (AMB) valyuta bazarında ajioatjı aradan qaldırmaq üçün banklara şifahi xəbərdarlıq göndərib.
ANS PRESS-in məlumatına görə, APA-ya daxil olan məlumatda bildirilir ki, AMB kommersiya banklarına dolların satış məzənnəsinin maksimal həddini 1,055 səviyyəsində götürülməsini tövsiyə edib.
"Qonşu ölkələrin iqtisadiyyatında baş verən proseslərdən sonra Azərbaycan əhalisi arasında ajiotaj yaranıb. Hətta bəzi valyutadəyişmə məntəqələrində 1 ABŞ dolları 1,07 manat məzənnəsi ilə satılırdı. Bu ajiotajı aradan qaldırmaq üçün Mərkəzi Bank rəhbərliyi tərəfindən kommersiya banklarına xəbərdarlıq edilib. Banklara tövsiyə olunub ki, dolların satış məzənnəsinin maksimal həddi 1,055 səviyyəsində götürülsün", - deyə məlumatda vurğulanıb.
Mərkəzi Bankın bu tələbinə əməl etməyən banklarla bağlı qanunvericiliyə uyğun ölçü götürüləcəyi bildirilir.
Qeyd edək ki, Mərkəzi Bankın tələbinə əsasən valyutanın alış-satış məzənnəsi rəsmi məzənnədən maksimum 2% yuxarı və yaxud aşağı ola bilər.

Mərkəzi Bank (AMB) xarici valyutaların bu günə olan məzənnələrinə görə ABŞ dollarının ötən günlə müqayisədə dəyəri düşüb, avro isə bahalaşıb.
Avqustun 20-nə olan rəsmi məzənnələr bülletenində ölkəmizdə dolların rəsmi məzənnəsi 0.04 faiz azalaraq 1,0486 manat olub.
Avropa İttifaqının valyutası avro isə 0,009 manat bahalaşaraq 1,1676 manat olub.
Azərbaycan manatı ölkə əhalisinin hazırda daha çox səfər etdiyi Rusiya, Türkiyə vəGürcüstanda nəzərə çarpacaq dərəcədə yuxarıdır. Belə ki, bu günə olan məzənnəyə nisbətdə türk lirəsi 0, 3524, gürcü larisi 0, 4498, rus rublu isə 0, 0157 manat dəyərindədir.
Dünən - avqustun 19-na olan rəsmi məzənnələr bülletenində dolların rəsmi məzənnəsi 1,049 manat, avro isə 1,1586 manat dəyərində müəyyənləşmişdi.