Azərbaycan beynəlxalq sularda quru yük donanmasını genişləndirir
19 Avqust 2015 16:22 İqtisadiyyat"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC xarici sularda quru yüklər daşıyan gəmilərinin sayını artırıb. Trend xəbər verir ki, bu barədə QSC-nin saytında dərc olunan məlumatda deyilir. Məlumatda qeyd edilir ki, 3000 ton yükgötürmə qabiliyyətinə malik "Qaradağ" gəmisi Bakıdan xarici sulara yola düşüb və Volqa-Don kanalını keçdikdən sonra gəmi Azova, oradan isə Qara dənizə doğru istiqamət götürəcək. Beləliklə, "Üzeyir Hacıbəyli" və "Natəvan" gəmilərindən sonra "Qaradağ" Xəzərdən kənarda üzən üçüncü gəmi olacaq. Gəmi Aralıq dənizi hövzəsində quru yüklər daşıyacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31