Kreditlərin 1,3 milyardının ödəmə vaxtı keçib

Maliyyə Nazirliyinin məlumatlarına əsasən 2015-ci ilin yanvar-iyun aylarında dövlət büdcəsinə 7,8 milyard manat vəsait daxil olub, büdcədən 8,6 milyard manat vəsait xərclənıb, büdcənin icrasında yaranmış 770,9 milyon manatlıq kəsir ümumi daxili məhsulun 2,9 faizinə bərabər olub. Büdcə xərclərinin 4,0 milyard manatı iqtisadiyyatın inkişafına, 1,0 milyard manatı sosial müdafiə və sosial təminata, 945,4 milyon manatı isə təhsilə və səhiyyəyə yönəldilib. 2015-ci il iyul ayının 1-nə kimi ölkənin maliyyə-kredit təşkilatları hüquqi və fiziki şəxslərə 20,3 milyard manat ekvivalenti məbləğində kredit ayırıblar. Verilmiş kreditlərin həcmi 2014-cü il iyul ayının 1-i ilə müqayisədə 21,1 faiz artıb, onun 78,1 faizi və ya 15,8 milyard manatı uzunmüddətli olub. Kreditlərin 1,3 milyard manatının, yaxud 6,6 faizinin ödəmə vaxtı keçib. Əhalinin banklardakı əmanətlərinin məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 13,9 faiz artaraq 2015-ci il iyul ayının 1-nə 7,7 milyard manata çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31