Bu ilin yanvar-iyul ayları ərzində dəniz nəqliyyatı ilə daşınan yüklərin həcmi 4 milyon tonu keçib
14 Avqust 2015 19:01 İqtisadiyyatBu ilin yanvar-iyul ayı ərzində dəniz nəqliyyatında daşınan yüklərin həcmi 4,1 mln. ton təşkil edib. Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, yüklərin 70,0%-ni neft yükləri, 30,0%-ni isə quru yüklər təşkil edib və bütün daşımalar xarici əlaqə üzrə həyata keçirilib. Cari ilin yanvar-iyul aylarında dəniz limanlarında 5,4 mln. ton yükləmə-boşaltma işləri həyata keçirilib. İşlənən yüklərin 94,9%-ni beynəlxalq tranzit yüklər təşkil edib. Cari ilin avqust ayının 1-i vəziyyətinə limanlarda göndərilmək üçün 77,2 min ton idxal yüklərin qalığı olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31