Bu ilin yanvar-iyul aylarında Azərbaycanda sərnişin daşınması 3,7% artıb

Nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən yanvar-iyul aylarında 126,4 mln. ton yük və 1041,8 mln. nəfər sərnişin daşınıb. Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, keçən ilin eyni dövrünə nisbətən yük daşınması 1,4%, sərnişin daşınması 3,7% artıb. Yük daşınması hava nəqliyyatı ilə 8,5%, sərnişin daşınması avtomobil nəqliyyatı və metro ilə hər birində 3,7%, hava nəqliyyatı ilə 2,8% artıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31