Bu ilin 7 ayı ərzində informasiya və rabitə müəssisələri 937 mln. manatlıq xidmət göstəriblər

Cari ilin 7 ayı ərzində informasiya və rabitə müəssisələri əhaliyə, müəssisə və təşkilatlara 937,2 mln. manatlıq xidmət göstəriblər. Bu barədə "APA-Economics"ə Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, keçən ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin həcmi 10,7% artıb, xidmətlərin 72,6%-i əhaliyə göstərilib və əldə edilib gəlirin 81,0%-i qeyri-dövlət sektorunun payına düşüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31