“www.icazeler.gov.az” portalının istifadəçilərinin sayı artır

İcazəverici sənədlər və onların alınması prosedurları barədə ölkə vətəndaşlarının, eləcə də sahibkarların məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən yaradılmış www.icazeler.gov.az portalının xidmətlərindən iyul ayında 7200-dən çox, indiyədək isə 385 minə yaxın internet istifadəçisi yararlanmışdır. İyul ayında portala yerli istifadəçilərlə yanaşı, xarici ölkələrdən, o cümlədən ABŞ, Türkiyə, Rusiya, Polşa, Niderland, Çin, Almaniya, Fransa və Böyük Britaniyadan olan istifadəçilər də müraciət etmişlər. Qeyd edək ki, sahibkarların məlumatlılıq səviyyəsini artırmaq, qanunvericilik aktlarının hazırlanması prosesində onların yaxından iştirakını təmin etmək məqsədilə mərkəzi icra hakimiyyəti orqanlarının qanunvericilik aktlarının layihələri də icazələrin elektron informasiya portalında yerləşdirilir. İndiyədək 20 dövlət qurumunun 159 qanunvericilik aktlarının layihəsi ictimai müzakirə üçün icazələrin elektron informasiya portalında yerləşdirilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31