Maliyyə Monitorinqi Xidməti antiterror sanksiya siyahısını genişləndirib
14 Avqust 2015 11:42 İqtisadiyyatAzərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti terrorizmə dəstəyə görə, beynəlxalq sanksiyaların tətbiq olunduğu hüquqi və fiziki şəxslərin siyahısına Suriyanın "Ceyş-əl-Muhacirin vəl-Ənsər" ("The Army of Emigrants and Supporters") təşkilatını əlavə edib. Trend xəbər verir ki, bu barədə Xidmətin saytında yayılan məlumatda deyilir. Məlumatda bildirilir ki, 2013-cü ildə yaranan təşkilatın "Cəbhat ən-Nüsrə" və "İslam Dövləti" terror təşkilatları ilə əlaqəsi var. Siyahıya dəyişiklik BMT-nin Təhlükəsizlik Şurasının "Əl-Qaidə" Sanksiya Komitəsinin 2015-ci il avqustun 6-da qəbul edilmiş qərarına uyğun olaraq həyata keçirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31