Məcburi köçkün sahibkarlara kredit verilib
13 Avqust 2015 15:57 İqtisadiyyatİqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Ağdam rayonunun Quzanlı qəsəbəsində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib. "OLAYLAR"-ın xəbərinə görə, tədbirdə sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumat verilib, Ağdam və ətraf rayonlarda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunub, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi istiqamətində müzakirələr aparılıb, sahibkarların investisiya layihələri güzəştli qaydada maliyyələşdirilib. Forum zamanı sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb. İşgüzar forum çərçivəsində Ağdam və ətraf rayonlarından olan 49 sahibkara 533 min manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 68 yeni iş yerinin yaradılması mümkün olacaq.