Azərbaycan iqtisadiyyatı artıb
13 Avqust 2015 14:38 İqtisadiyyat2015-ci il yanvar-iyul aylarında ölkədə ÜDM həcmi 32,1 milyard manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 5,6 faiz çoxdur. Trend-in məlumatına əsasən, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında deyilir. Hesabatda qeyd olunur ki, bu dövrdə iqtisadiyyatın qeyri-neft sektoru ötən ilin analoji dövrü ilə müqayisədə 9 faiz artıb. Sektorun ölkənin ÜDM-dəki payı 68 faiz təşkil edib. Neft və qaz hasilatı və emalı sahəsində əlavə dəyər istehsalının həcmi ötən illə müqayisədə 1 faiz artıb. Yanvar-iyul aylarında ölkədə yaradılan ÜDM-nin 35 faizi sənayedə, 13,6 faizi tikintidə, 6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və ovçuluqda formalaşıb. Məhsula təmiz vergi və idxal ÜDM-nin 8,1 faizini təşkil edib. Ümumi məhsulun 37,3 faizi (8 milyard manat) xidmət sahəsində formalaşıb.