Azərbaycan “Azerspace-1” peykindən yayım keyfiyyətinə nəzarəti gücləndirib
13 Avqust 2015 14:36 İqtisadiyyatRabitə və Yüksək Texnologiyalar Nazirliyi "Teleradio" İstehsalat Birliyinin (İB) "Azerspace-1" peykindən ötürülən televiziya və radio kanallara nəzarət gücləndirilib. Trend bu barədə İB-nin saytında dərc olunan məlumata əsasən xəbər verir. Məlumatda bildirilib ki, "Azerspace-1" peykinin 3 transponderinə, 11175,0 MHs tezliyində Azərbaycan paketinə (9 TV və 10 radio proqram), 11135,0 MHs tezliyində (13 TV və 3 radio proqram) və 11095,0 MHs tezliyində yayımlanan xarici paketlərə (11 TV və 7 radio proqram) yeni peyk-monitorinq sistemi vasitəsilə birbaşa nəzarət həyata keçirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31